Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xəbərdarlıq: Moskva İrəvanı Ukraynaya çevirəcək

Xəbərdarlıq: Moskva İrəvanı Ukraynaya çevirəcək

Tarix: 3 Fevral 2024 16:28

Ermənistan ətrafında baş verən hər şey rəsmi Moskvanı ciddi narahat etməlidir və edir, çünki İrəvan hələ də KTMT və Aİİ-nin bir hissəsidir. Ermənistan Rusiyaya qarşı ardıcıl təxribatlardan sonra da bir neçə stulda - Rusiya və Qərb masasında oturmağa çalışır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu rusiyalı politoloq Yevgeni Mixaylov deyib.

"Fransa şirkəti İrəvanla birlikdə Ermənistan ərazisində silah istehsal edəcək. İrəvan hakimiyyəti ordunun NATO formasına keçdiyini bəyan edib. Növbəti ssenari göz qabağındadır. Rusiya kəskin qərarlar qəbul etməsə, bir müddət sonra Ermənistanın NATO blokunda status qazanmaq cəhdi barədə eşidəcəyik. Ermənistan Qərbin adi və tipik oyuncağına çevrilib. Qərb Ukraynaya qarşı da eyni ssenarini yürüdürdü. Bu ölkəni nəyə gətirib çıxartdı? Fəlakətə", - o bildirib.

Mixaylovun sözlərinə görə, bu gün Ermənistanda Rusiya kanallarını qadağan etməyə çalışırlar:

"İrəvanda Rusiya bayrağına və Leninqrad blokadası uşaqlarının xatirəsinə ucaldılmış abidəyə qarşı millətçilik və vandalizm aktı gördük. Rusiya ciddi tədbirlər görməlidir. Qərb Ermənistana ciddi dəstək vermək qərarına gəlsə, İrəvan dərhal Rusiyadan imtina edəcək və satılacaq. İrəvanda gözləyir, izləyir, kiminlə daha "dadlı" olacağını axtarır. İndi Ermənistan təhlükəsizlik qarantını dəyişmək qərarına gəlib. Ermənistan üçün bu, ölkənin mümkün dövlətçiliyini itirməsinə gətirib çıxaracaq fəlakətli səhv olacaq. KTMT-dən inciyən İrəvan onun üçün hər şeyin mümkün olduğunu düşünürdü, amma məlum oldu ki, hər şey mümkün deyil və yeni zaminlər tapmaq qərarına gəldi. Ancaq yeni zaminlər çox uzaqdadır. İrəvan öz ərazisində NATO bazasını yerləşdirməyə razılaşarsa, bunun nə ilə nəticələnəcəyini təsəvvür edə bilmirəm. Azərbaycan, Rusiya və regionda heç kim Qərb bazasına dözməz".

Milli.Az


Etiketlər:  Xəbərdarlıq Moskva İrəvanı Ukraynaya çevirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ