Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2024 21:40
İsrail qüvvələri Livanın cənubundakı "Hizbullah" mövqelərini atəşə tutub.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "Times of İsrael" İsrail Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.
"İsrail qırıcılarının Blida və Meys əl-Cəbəl şəhərlərində vurduğu hədəflər arasında "Hizbullah"ın raket buraxılış və müşahidə məntəqəsi olub", - məlumatda deyilir.
Blidadakı "Hizbullah" mövqeləri tanklardan da atəşə tutulub.
Bundan əvvəl Livan ərazisindən Kiryat Şmona şəhərinə bir neçə raket atıldığı barədə xəbərlər yayılıb. Onların bir hissəsi "Dəmir günbəz" hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilib, qalanları isə açıq ərazilərə düşüb. Tələfat və dağıntılar barədə məlumat verilmir.