Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan Kristina Kvieni ilə regiondakı vəziyyəti müzakirə edib

Paşinyan Kristina Kvieni ilə regiondakı vəziyyəti müzakirə edib

Tarix: 6 Fevral 2024 17:08

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-ın bu ölkədəki səfiri Kristina Kvieni qəbul edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, tərəflər Ermənistan-ABŞ əməkdaşlığını müzakirə ediblər.

"Baş nazir qeyd edib ki, Ermənistan hökuməti ABŞ-ın Ermənistan-Azərbaycan sülh prosesində səylərini və regionda sabitliyin bərqərar olunmasına yönəlmiş addımlarını yüksək qiymətləndirir", məlumatda qeyd olunub.

Tərəflər, həmçinin Cənubi Qafqazda vəziyyət, regional infrastrukturların blokdan çıxarılması imkanları, Ermənistan hökumətinin "Sülh kəsişməsi" layihəsi ətrafında fikir mübadiləsi aparıblar.


Etiketlər:  Paşinyan Kristina Kvieni ilə regiondakı vəziyyəti müzakirə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ