Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynalı gözəl tituldan imtina etdi

Ukraynalı gözəl tituldan imtina etdi

Tarix: 6 Fevral 2024 23:05

"Miss Japan 2024" gözəllik müsabiqəsinin qalibi olan Ukrayna əsilli model Karolina Şiino evli kişi ilə münasibətinin təfərrüatı mediada işıqlandıqdan sonra tituldan imtina edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Assosiasiya sponsorlar və münsiflər də daxil olmaqla maraqlı tərəflərdən üzr istəyib və müsabiqənin ən yüksək mükafatının ilin sonuna qədər boş qalacağını bildirib.

Xatırladaq ki, yanvarın 24-də Ukraynanın Ternopil şəhərində anadan olmuş və 5 yaşında Yaponiyaya köçən 26 yaşlı model müsabiqənin qalibi olub.

Şiinonun "Miss Japan" titulunu qazanması Yaponiya ictimaiyyəti arasında yapon kimliyinin nədən ibarət olduğu ilə bağlı müzakirələrə səbəb olub. Bir çox yaponlar qalibin yapon köklərinin tamamilə olmamasından qəzəbləniblər və bəziləri hətta onun qələbəsinin siyasətə əsaslandığını bildiriblər.

Milli.Az


Etiketlər:  Ukraynalı gözəl tituldan imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ