Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanın Rusiyadakı səfirliyindəki seçki məntəqəsində səsvermə keçirilir

Azərbaycanın Rusiyadakı səfirliyindəki seçki məntəqəsində səsvermə keçirilir

Tarix: 7 Fevral 2024 09:46

Azərbaycanın Rusiyadakı səfirliyindəki seçki məntəqəsində növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə prosesi başlayıb.

Milli.Az Secki-2024.az-a istinadən xəbər verir ki, Moskvada seçki məntəqəsi saat 08:00-da fəaliyyətə başlayıb və Moskva vaxtı ilə saat 19:00-a qədər açıq olacaq.

Səsvermədə 18 yaşına çatmış Azərbaycan vətəndaşları iştirak edə bilər.

Qeyd edək ki, ölkədən kənarda yaşayan və ya müvəqqəti olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarını təmin etmək üçün 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Onlardan dördü Rusiyada yerləşir: ikisi Moskvada, biri Sankt-Peterburqda, biri isə Yekaterinburqda.

Əlavə edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.

Milli.Az


Etiketlər:  Azərbaycanın Rusiyadakı səfirliyindəki seçki məntəqəsində səsvermə keçirilir


RƏYLƏR