Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2024 17:24
Moskva "Spartak"ının hücumçusu Kuinsi Promes bıçaqladığı əmisi oğluna təzminat ödəyəcək.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə Amsterdam Apellyasiya Məhkəməsi qərar verib.
Promesin əmisi oğluna ödəyəcəyi məbləğ hələlik müəyyən edilməyib. Lakin zərər çəkənin vəkili Yehudi Moşkoviç böyük məbləğdə pul tələb edəcəklərin bildirib.
Vurğulanır ki, Promes ona qarşı irəli sürülən bütün ittihamları rədd etdiyi üçün futbolçunun məhkəmə qərarını yerinə yetirməsi və pul təzminatı ödəməsi çətin görünür.
Ötən ilin iyun ayında isə Promes haqqında 18 aylıq həbs qərarı verilmişdi. Lakin futbolçu buna görə apellyasiya şikayəti vermişdi. Nəticədə proses maliyyələşdirilib.
Xatırladaq ki, iddiaya görə, Promes 2020-ci ildə baş tutan şənlik zamanı əmisi oğlunu bıçaqlayıb.