Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Torpaq sürüşməsi fəlakətə SƏBƏB OLDU: Ölənlər var

Torpaq sürüşməsi fəlakətə SƏBƏB OLDU: Ölənlər var

Tarix: 7 Fevral 2024 19:18

Gürcüstanın qərbində İmereti bölgəsində torpaq sürüşməsi nəticəsində üç nəfər ölüb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi bildirib.

Məlumata görə, İmeretidə torpaq sürüşməsi nəticəsində dörd yaşayış binasını da örtüb. Bağdat bələdiyyəsinin Nepreti kəndində uçqun altından bir nəfər xilas edilib, 3 meyit aşkarlanıb. Bildirilib ki, xilasedicilər daha altı nəfərin axtarışını davam etdirir. Fəlakət bölgəsində 200-dən artıq yanğınsöndürən-xilasedici , xüsusi texnika və kinoloq işləyir.

İnformasiyaya əsasən, fevralın 6-da Gürcüstanda hava qəflətən kəskin sərtləşib. Əlverişsiz hava şəraitindən ən çox Gürcüstanın qərb bölgəsinə ziyan dəyib.

Milli.Az


Etiketlər:  Torpaq sürüşməsi fəlakətə SƏBƏB OLDU Ölənlər var


RƏYLƏR