Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2024 11:44
Türkiyə Super Liqasında 25-ci tura start verilib.
Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, turun ilk oyununda Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi "Adana Dəmirspor" evdə "Kasımpaşa"nı qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Şahruddin də bu oyunda iştirak edib. Qolkiper start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Hazırda turnir cədvəlində "Kasımpaşa" 38 xalla 4-cü, "Adana Demirspor" isə 31 xalla 9-cudur.
Türkiyə Superliqası, 25-ci tur
9 fevral
"Adana Demirspor" - "Kasımpaşa" - 1:3
Qollar: Balotelli, 87 - Fall, 29, A.Kara, 32, Hayradinoviç, 57-pen.