Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real Madrid" darmadağınla liderliyini möhkəmləndi

Tarix: 11 Fevral 2024 00:56

İspaniya La Liqasında XXIV turun oyunları keçirilir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, turun mərkəzi görüşündə "Real Madrid" ən yaxın izləyicisi "Jirona"ı qəbul edib.

"Santyaqo Bernabeu"dakı qarşılaşma "kral klubu"nun böyükhesablı qələbəsi ilə başa çatıb. Rəqibin qapısından 4 cavabsız top keçirən paytaxt təmsilçisi liderliyini möhkəmlədib.

Turun digər oyunlarında "Betis" səfərdə "Kadi's"i 2:0, "Osasuna" "Real Sosyedad"ə 1:0 hesabı ilə məğlub edib, "Vilyarreal" isə "Alaves"lə sülhə razılaşıb - 1:1.

Qeyd edək ki, turnir cədvəlinin zirvəsində qərarlaşan "Real Madrid"in 61, ikinci pillədəki "Jirona"nın 56 xalı var. "Barselona" isə 50 xalla üçüncü sırada yer alıb.

Milli.Az


Etiketlər:  Real Madrid darmadağınla liderliyini möhkəmləndi


RƏYLƏR