Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2024 14:24
Xəbər verdiyimiz kimi "Real" La Liqanın 24-cü turunun matçında "Jirona"nı darmadağın edib (4:0).
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Karlo Ançelottinin komandası bu mövsüm ölkə çempionatında 24 oyunda 19 qələbə qazanıb, 4 heç-heçə edib və 1 məğlubiyyətlə üzləşib.
Bu, italiyalı mütəxəssisin ölkə çempionatlarında ən yaxşı nəticəsinin təkrarıdır.
24 turdan sonra Ançelotti 2003/04 mövsümündə Milan ilə A Seriyasında oxşar nəticə əldə edib.
Qeyd edək ki, "Real" 61 xalla La Liqada 1-ci pillədə qərarlaşıb.