Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2024 18:24
Vaşinqtonun Kiyevə 60 milyard dollar ayırması ilə bağlı qanun layihəsi ABŞ-ın hər bir sakini üçün təhqiramizdir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu ABŞ senatoru Rend Pol bildirib.
"Bu qanun layihəsi sadəcə bir səhv deyil, xüsusən sərhədlərimizin qorunmadığını nəzərə alsaq, hər bir amerikalıya birbaşa təhqirdir. Bu qanun layihəsi 60 milyard dolları birbaşa korrupsiyaya uğramış bir rejimin xəzinəsinə göndərir", - senator bildirib.
Qeyd edək ki, ABŞ Senatı Ukraynaya yardım üçün 60,1 milyard dollarlıq qanun layihəsini təqdim edib.