Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada uşaqları daşıyan avtobus qəza törətdi - xeyli sayda yaralı var

Rusiyada uşaqları daşıyan avtobus qəza törətdi - xeyli sayda yaralı var

Tarix: 12 Fevral 2024 15:04

Rusiyada sərnişin avtobusu qəzaya uğrayıb, 13-ü uşaq olmaqla 17 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, avtobusdakı məktəblilər Pskov şəhərinə gedirmişlər. Qəza zamanı avtobusun salonunda ümumilikdə 18 uşaq və onları müşayiət edən 3 böyüklə yanaşı, sürücü olub. Sürücü yük maşını ilə toqquşmadan yayınmağa çalışsa da, avtobus xəndəyə düşüb.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Milli.Az


Etiketlər:  Rusiyada uşaqları daşıyan avtobus qəza törətdi xeyli sayda yaralı var


RƏYLƏR