Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Leonid Kalaşnikov İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Leonid Kalaşnikov İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Tarix: 13 Fevral 2024 12:03

Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sonxeber.net president.az-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Əminəm ki, Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin xalqlarının maraqları naminə bundan sonra da uğurla inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq, Azərbaycan Respublikasının rifahı naminə yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram".


Etiketlər:  Leonid Kalaşnikov İlham Əliyevə təbrik məktubu ünvanlayıb


RƏYLƏR