Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

iPhone 16 Pro Max bu göstəricidə rekord qıracaq

iPhone 16 Pro Max bu göstəricidə rekord qıracaq

Tarix: 13 Fevral 2024 19:00

iPhone 16 Pro Max ən uzun batareya ömrü təqdim edən iPhone modeli olacaq.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, iPhone 15 modellərinin təqdim edilməsindən çox keçməsə də, sentyabr ayında satışa çıxarılacaq iPhone 16 seriyası ilə bağlı yeni məlumatlar gəlməyə davam edir.

İndi isə 2024-cü ilin sonuna doğru təqdim olunacaq iPhone 16 modellərinin batareyaları ilə bağlı sızmalar ortaya çıxıb.

Məlumata görə, yeni iPhone modellərində yüksək tutumlu batareyalar istifadə ediləcək.
Təxminən 29 saat olan iPhone 15 Pro Max batareyasının ömrü yeni modeldə 30 saatı keçə bilər.

iPhone 16 modeli 3561 mAh, iPhone 16 Plus modeli 4006 mAh, iPhone 16 Pro Max modeli isə 4676 mAh batareyaya sahib olacaq.

Qeyd edək ki, iPhone 15 seriyasının batareya tutumları aşağıdakı kimi idi:

iPhone 15 - 3,349 mAh
iPhone 15 Plus - 4,383 mAh
iPhone 15 Pro Max - 4,422 mAh

Milli.Az


Etiketlər:  iPhone 16 Pro Max bu göstəricidə rekord qıracaq


RƏYLƏR