Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir

Prezident: Bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir

Tarix: 14 Fevral 2024 18:27

Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət, - bunu hamı bilir, - daxili siyasətin davamıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib.

"Bundan sonra da xarici siyasətimiz çox aydın olacaq, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Milli.Az


Etiketlər:  Prezident Bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir dəstəkləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ