Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2024 21:34
Hollandiyanın Amsterdam məhkəməsi "Spartak"ın hücumçusu Quinsi Promesi narkotik qaçaqmalçılığı işində təqsirli bilib. Futbolçu qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, məhkəmə Promesin 1370 kq kokainin Avropa ölkələrinə daxil edilməsi cəhdində iştirak etdiyini müəyyən edib.
Qərarda qeyd olunur ki, 2020-ci ilin yanvarında Belçikanın Antverpen limanına gələn narkotikin iki partiyasının qaçaqmalçılıq yolu ilə daşınmasında məhz futbolçu "həlledici rol" oynayıb.