Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın 2 güləşçisi Avropa çempionu olub, 1-i gümüş medal qazanıb

Azərbaycanın 2 güləşçisi Avropa çempionu olub, 1-i gümüş medal qazanıb

Tarix: 14 Fevral 2024 22:48

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yunan-Roma güləşçiləri çıxışlarını başa vurublar.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, son gündə Azərbaycanın daha 2 güləşçisi Avropa çempionu olub, 1-i gümüş medal qazanıb.

Ötən gün finala yüksələn Nihat Məmmədli (60 kq) və Həsrət Cəfərov (67 kq) həlledici dueldə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Finalda rəqibinə məğlub olan Ülvü Qənizadə (72 kq) isə ikinci yeri tutub.

Bu gün mübarizəyə qoşulan qadın güləşçilər Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) finala yüksəliblər. Onlar fevralın 15-də həlledici görüşlərdə müvafiq olaraq Evin Demirhan (Türkiyə) və Alina Filipoviçlə (Ukrayna) qarşılaşacaqlar.

Qeyd edək ki, ötən gün digər yunan-Roma güləşçilər Murad Məmmədov (63 kq) qızıl, Rəşad Məmmədov (55 kq) gümüş, Beka Kandelaki (130 kq) isə bürünc medal qazanıblar.


Etiketlər:  Azərbaycanın güləşçisi Avropa çempionu olub gümüş medal qazanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ