Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bu nəticəyə aldanmaq lazım deyil” - Qurban Qurbanov

“Bu nəticəyə aldanmaq lazım deyil” - Qurban Qurbanov

Tarix: 16 Fevral 2024 12:52

"Həqiqətən çox maraqlı oyun oldu".

Milli.Az  xəbər verir ki, bunu İdman.Biz-ə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində deyib.

O, UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa"sı ilə oyunu şərh edib. Təcrübəli mütəxəssis bildirib ki, 4:2 hesablı qələbə qazanmaları hər şeyin həll olunduğu anlamına gəlməməlidir: "Bu rəqibə qarşı sona kimi mübarizə aparmaq və düzgün oynamaq "Qarabağ" üçün çox vacib idi. Sevindirici haldır ki, nəticə bizim tərəfimizdə oldu. Qələbəmiz futbolçulara böyük inam verdi. Hər şey çox xoş oldu. Oyunçularım üçün xüsusi olaraq sevindim ki, azarkeşlərin basqısına və rəqibin sürətli oyununa tab gətirdilər. Hələ cavab oyunu var. Çalışacağıq ki, daha diqqətli olaq. Bu nəticəyə aldanmaq lazım deyil. Çünki qarşımızda "Braqa" var. Hansı ki, bundan öncə də bildirmişdim ki, bu rəqib istənilən oyunda qalib gələ biləcək gücdədir. Çox keyfiyyətli futbolçulara malikdir. Özünüz də gördünüz ki, ikinci penaltidə futbolçunun ustalığı və sürətli şəkildə topla hərəkəti hər şeyi həll etdi".

Qurbanov bildirib ki, Bakıda "Braqa" ilə cavab matçında heyətdə cüzi dəyişiklik edəcək: "Öz oyunumuzu qoruyub saxlamaq vəzifəmizdir. Taktikamızdan əl çəkməli deyilik. Lakin oyunun gedişatında müəyyən dəyişikliklərin ola bilər".

Qeyd edək ki, "Qarabağ"la "Braqa" arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.

Milli.Az


Etiketlər:  Bu nəticəyə aldanmaq lazım deyil Qurban Qurbanov


RƏYLƏR