Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real"dan sürpriz həmlə - bu ulduz futbolçu transfer olunacaq

Tarix: 16 Fevral 2024 18:06

Adı "Real Madrid" də daxil olmaqla bir çox klubla hallanan Alfonso Devies üçün yeni iddia ortaya atılıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki,  "Real Madrid"in futbolçu ilə razılığa gəldiyi bildirilir. "Relevo"nun xəbərinə görə, "Real Madrid" danışıqlar apardığı Alfonso Devislə ilkin şifahi razılığa gəlib. İspan nəhənginin "Bavariya" ilə danışıqları davam etdirdiyi və Devies üçün tələb olunan transfer haqqının ödəniləcəyi halda transferin reallaşacağı bildirilib. İddialara görə, "Bavariya" komandasının rəsmiləri Alphonso Davies üçün azı 70 milyon avro tələb ediblər.

Qeyd edək ki, bu mövsüm "Bavariya" ilə 27 matça çıxan kanadalı sol cinah müdafiəçisi Alfonso Devies 1 qol vurub, 3 məhsuldar ötürmə edib.

Milli.Az


Etiketlər:  Realdan sürpriz həmlə bu ulduz futbolçu transfer olunacaq


RƏYLƏR