Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əhmədi ABŞ-ni qarışdıran qatillə nə birləşdirir? – DƏHŞƏTLİ FAKTLAR - FOTO

Əhmədi ABŞ-ni qarışdıran qatillə nə birləşdirir? – DƏHŞƏTLİ FAKTLAR - FOTO

Tarix: 16 Fevral 2024 19:32

Fevralın 13-də Bakıda 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun ailə üzvlərini - ata, ana və azyaşlı qardaşını, bundna əvvəl isə başqa bir ünvanda bacısı və onun azyaşlı qızını amansızlıqla qətlə yetirməsi cəmiyyətdə şok effekti doğurdu.

Neçə gündür müzakirə olunan bu tükürpədən hadisənin səbəbləri ilə bağlı müxtəlif versiyalar səslənir.

Yəqin ki, əsl səbəb istintaq orqanlarının hərtərəfli araşdırmasından sonra bəlli olacaq. İndiliksə onu demək olar ki, belə hadisələrə dünyanın müxtəlif ölkələrində rast gəlinib. Məsələn, məşhur neyrobioloq Devid İqlmenin (David Eagleman) özünün "Beyin sənin hekayən" adlı əsərində "Texas snayperi" adlanan, 13 nəfəri qətlə yetirən, 33 nəfəri yaralayan Çarlz Uitmen və onun bu cinayəti törətməsinin səbəblərindən bəhs edib. Maraqlıdır ki, Əhməd Əhmədov kimi Çarlz Uitmen də hadisəni törədərkən, 25 yaşında olub. Uitmeni bu qətliamı törətməyə nə vadar etmişdi?

Bakupost.az -ın Devid İqlmanın "Beyin sənin hekayən" əsərindən (Tərcüməçi Zahir Məlikli, "Qanun" nəşriyyatı) təqdim etdiyi hissədə bu suala aydınlıq gətirilir:
Beynimizdəki dəyişikliklər nələr yaşadığımızı və necə biri olduğumuzu əks etdirir. Bəs beyin bir xəstəlik, ya da zədə nəticəsində dəyişikliyə uğrasa? Bu, kimliyimizi, şəxsiyyətimizi, ya da davranışlarımızı dəyişdirərmi?

1 avqust 1966-cı ildə Çarlz Uitmen Ostindəki Texas Universitet qülləsinin müşahidə məntəqəsinə çıxmaq üçün liftə mindi və sonra heç bir səbəb olmadan aşağıdakı insanlara atəş açmağa başladı. 25 yaşlı gənc adam 13 nəfəri qətlə yetirdi, 33 nəfərsə yaralandı. Uitmenin özü də polis tərəfindən vurularaq öldürüldü.

Hadisədən sonra qatilin evinə yollanan hüquq-mühafizə ordanlarının əməkdaşları Uitmenin bir gecə əvvəl arvadı ilə anasını da öldürdüyünü aşkarladılar. Bu hadisədə ən çox təəccübləndirən bir fakt var idi: Çarlz Uitmenin həyatında belə bir dəhşəti törədə biləcəyinə dair ehtimal yaradan hər hansı ipucu yox idi. O, birinci dərəcəli kəşfiyyatçı idi, bankda kassir işləyirdi və mühəndislik təhsili almışdı.
Arvadı ilə anasını öldürdükdən az sonra yazı makinasının arxasında oturub intihar məktubu hesab olunan bu sətirləri yazmışdı:

"Özümü bu günlərdə tam olaraq anlaya bilmirəm. Ağlı başında və dərrakəli bir gənc olaraq tanınıram. Amma son zamanlarda (nə zamandan başladığını xatırlaya bilmirəm) bir çox qeyri-adi və məntiqsiz düşüncələrin qurbanı olmuşam. Ölümümdən sonra hər hansı bir fiziki pozğunluq olub-olmadığını təyin etmək məqsədilə məhkəmə-tibbi ekspertizasının keçirilməsini istəyirəm".
Uitmenin istəyi yerinə yetirildi və autopsiya zamanı onda kiçik bir beyin törəməsi aşkarlandı. Kiçik bir qəpik böyüklüyündəki törəmə qorxu və təcavüzlə bağlı bir nahiyə olan "badamvari cisim"ə (lat. corpus amugdaloideum - beyinin badam formasında olan xarakterik nahiyəsi) təsir etmək üzrə idi. "Badamvari cisim"in məruz qaldığı bu kiçik təzyiq belə Uitmenin beynində bir sıra reaksiyaya yol açmağa bəs etmişdi və nəticə etibarilə, normal halda qeyri-adi sayılacaq bir çox davranışlar sərgiləməsinə gətirib çıxarmışdı. Yəni, dəyişikliyə uğrayan beyin maddəsi Uitmenin şəxsiyyətini də dəyişdirmişdi.

Əlbəttə, bu, ekstremal bir nümunə olsa da, miqyasına görə dramatik olmayan zehni dəyişikliklərin belə sizi siz edən tənzimləmələrdə ciddi rol oynaya bildiyi bir həqiqətdir. Orqanizmlər üçün xarakterik olmayan maddələr və ya alkoqoldan istifadə buna nümunədir.

Başqa bir misal: bəzi epilepsiya formaları insanları daha dindar hala gətirə bilər. Parkinson xəstələrinin inanclarını itirməsi tez-tez rast gəlinən bir hal olduğu halda, parkinsonizmin müalicəsi üçün verilən dərmanların xəstələri qumar aludəçisinə çevirə bildiyi də məlumdur. Üstəlik, bizi dəyişdirən yalnız xəstəlik və ya kimyəvi maddələr deyil: izlədiyimiz filmlərdən çalışdığımız işlərə qədər hər şey neyron şəbəkəsinin davamlı olaraq yenidən formalaşdırılmasına yardım edir. Elə isə siz tam olaraq kimsiniz? Bu "tikilinin" dərinliklərində, mərkəzdə duran biri varmı?


Etiketlər:  Əhmədi ABŞ qarışdıran qatillə birləşdirir DƏHŞƏTLİ FAKTLAR FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ