Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2024 15:48
Danimarka ehtiyatda olan bütün artilleriyasını Ukraynaya vermək qərarına gəlib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu bəyanatla Danimarkanın Baş naziri Mette Frederiksen Münhendəki çıxışında bildirib.
O qeyd edib ki, silah təchizatı ilə bağlı Avropa liderləri tez-tez istehsal problemlərinə istinad edirlər:
"Ukrayna indi bizdən sursat və artilleriya istəyir. Danimarka bütün artilleriyasını Ukraynaya vermək qərarına gəldi. Avropada hərbi texnika var, bu təkcə istehsal məsələsi deyil. İstifadə etmədiyimiz silah-sursat və hava hücumundan müdafiə sistemləri var. Onların Ukraynaya təhvil verilməsi lazımdır".