Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2024 07:00
HƏMAS qruplaşmasının rəsmi olaraq tanınan Fələstin hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Misirin xarici işlər naziri Sameh Şükri Münhen Təhlükəsizlik Konfransında deyib.
Onun sözlərinə görə, HƏMAS İsrailin mövqeyini tanımır və eskalasiya kursundan əl çəkmir.
Şükri həmçinin HƏMAS-ın Qəzza zolağında hakimiyyətə necə gəldiyini, hərəkatın maliyyə mənbələri ilə bağlı narahatlığını da dilə gətirib.