Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“WhatsApp”da yeni funksiya var - FOTO

“WhatsApp”da yeni funksiya var - FOTO

Tarix: 23 Fevral 2024 11:48

"WhatsApp" tərtibatçıları mesencerə yeni mətn formatı seçimləri əlavə ediblər. İndi siz sitatları vurğulamaqla və digər mətn formatlarından istifadə etməklə mesajlarınızı strukturlaşdıra bilərsiniz.

Milli.Az oxu.az-a istinadən bildirir ki, qalın (*Mətn*), kursivlə (_Mətn_), üstündən xətt çəkilmiş (~Mətn~) və eyni enli şriftlə (```Mətn```) mətni vurğulamaq üçün mövcud üsullara yeni seçimlər əlavə edilib. Beləliklə, markerlər (- Mətn) və nömrələmə (1. Mətn) ilə siyahılar yaratmaq mümkündür.

Bundan əlavə, "WhatsApp" istifadəçiləri formatlaşdırmanı (Mətn) qoruyarkən indi sitatı (>Mətn) vurğulaya və kod fraqmentlərini yapışdıra bilərlər.

Oxşar mətn formatlama üsulları "Telegram"da da mövcuddur.

Milli.Az


Etiketlər:  WhatsAppda yeni funksiya var FOTO


RƏYLƏR