Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cavanşir: "Yasıma gəlməsi üçün mollaya əvvəlcədən beh vermişəm"

Cavanşir:

Tarix: 23 Fevral 2024 14:10

"Demişəm ki, istəyirəm kostyumda dəfn olunum. Şəxsi fikrimdir. Bəzi adamlar, 90 faiz mən deyənlə razılaşıblar. Sənin kostyumunu geyinib dəfn olunmuram ki... Deyir, bəlkə biri kasıbdır. Bu adamın ölü, diri yerinə geyinməyə paltarı yoxdur? Bəsdirin".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "Gəl danış" proqramında deyib. Müğənni "Vəsiyyət etmişəm məni kostyumda dəfn etsinlər" sözlərini tənqid edənlərə cavab verib.

Verilişdə yer alan din xadiminin "Şəriət qanununa görə, kəfənlə dəfn edilməyən adamının məclisində mollanın iştirakı günahdır" sözləri ifaçını əsəbiləşdirib: 

"Dahilər kəfənsiz dəfn olunub. Öləndən sonra molla gəldi-gəlmədi mənə aidiyyəti yoxdur. Bir molla alim lazımdır. Onun behini də vermişəm. Beş il əvvəl dostumun yas yerində savadlı bir molla ilə rastlaşdım, ona görə 20 dəqiqə toya gecikdim, ona yaxınlaşdım, bir şey ötürmək istədim. Götürmədi, dedi, vermiş kimi varsan. Dedim, mən rəhmətə gedınbdı yəqin ki, eşidəcəksən. Eşidəndə gələrsən. Dedi, narahat olmayın, sizə böyük hörmətim var. Məmmədbağırın yasında da bir iranlı molla var idi. O da dedi ki, baba, sən niyə belə deyirsən, Allah sənə uzun ömür versin. Dedim ki, sən gəlmə".

Qeyd edək ki, C.Məmmədov atasının da kostyumda dəfn olunduğunu bildirib.

Milli.Az


Etiketlər:  Cavanşir Yasıma gəlməsi üçün mollaya əvvəlcədən beh vermişəm


RƏYLƏR