Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2024 11:52
"Sakarya gələcəyimizə inamla baxmağımızın qarantıdır. Milli mübarizə zamanı olduğu kimi 15 iyulda da xainlərə yol verməyən bu şəhər Türkiyənin 100 ilinin yüksələn ulduzudur. Türkiyənin demokratiya, ədalət və inkişaf mübarizəsinin hər mərhələsində bizimlə oldunuz. Bir müddət bizimlə olub, sonra ayrılanlardan və ya yolunu azmışlardan fərqli olaraq, Sakarya heç vaxt istiqamətini dəyişmədi".
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Parti) Sakaryada təşkil edilmiş mitinqində vətəndaşlara müraciəti zamanı deyib.
Ərdoğan qeyd edib ki, Sakarya heç vaxt ölkəyə iş gətirmək, millətə xidmət etmək üçün çalışmalı olan müxalifətin hiylələrinə qurban getməyib:
"Ölkənin ikinci böyük partiyası (CHP) işi-gücü atıb və partiyanın üzvləri öz aralarında saç-saça, baş-başa dava edir. Dünən Türkiyəni idarə etmək üçün prezidentliyə namizəd kimi bizə təqdim etdikləri şəxsi (Kemal Kılıçdaroğlu) tapdalayıblar. Digərlərinin sabah nə olacağı bəlli deyil.
Qurultaylarını əhatə edən qaranlıq işlərlə, çirkin sövdələşmələrlə elə bir vəziyyətdədirlər ki, dünya yansa, ölkə müflis olsa, onlar üçün əhəmiyyətli deyil. Onlar öz şəxsi karyeralarından başqa heç nə görmürlər".