Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkə də Rusiyaya yeni sanksiyalar tətbiq edəcək

Bu ölkə də Rusiyaya yeni sanksiyalar tətbiq edəcək

Tarix: 25 Fevral 2024 12:48

Yaponiya bir sıra Rusiya vətəndaşlarına və təşkilatlarına yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Uzaq Şərq ölkəsinin Baş naziri Fumio Kisida G7 liderlərinin onlayn danışıqlarında söyləyib.

Yaponiya hökumətinin başçısı vurğulayıb ki, hazırda Ukrayna ilə həmrəylik nümayiş etdirmək vacibdir, çünki döyüşlər uzanıb və vəziyyət çətin olaraq qalmaqda davam edir. O əlavə edib ki, Kiyevə dəstək 2024-cü ildə də əsas prioritetlərdən biri olaraq qalacaq.

Milli.Az


Etiketlər:  Bu ölkə Rusiyaya yeni sanksiyalar tətbiq edəcək


RƏYLƏR