Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2024 10:40
"Real Madrid" İspaniya Primerasının 26-cı turunun ev oyununda "Sevilya" ilə qarşılaşıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, meydan sahibləri oyun boyu nəzərəçarpacaq üstünlüyə malik olsalar da, cəmi bir dəfə fərqlənə biliblər.
81-ci dəqiqədə dəqiq zərbəni xorvatiyalı veteran Luka Modriç vurub - 1:0.
Bu qələbə Karlo Ançelottinin komandasına "Barselona"nı 8 xal qabaqlamağa imkan verib.