Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bəzən hamilə qadın üçün abort qaçılmaz olur” - Ev heyvanlarının törətdiyi fəsadlar

“Bəzən hamilə qadın üçün abort qaçılmaz olur” - Ev heyvanlarının törətdiyi fəsadlar

Tarix: 26 Fevral 2024 21:42

"Aparılan tədqiqatlara əsasən, bir çox xəstəliklər heyvan mənşəlidir: qarayara, quduzluq, brusellyoz, toksoplazmoz, lent qurd və s. Onlar insanlara iribuynuzlu mal-qara, habelə ev heyvanlarından keçir. 

Milli.Az bildirir ki, baytar Urfan Buksayev "Yeni Sabah"a açıqlamasında bildirib ki, insandan da heyvana xəstəlik keçə bilir:

"Heyvandan insana, yaxud insandan heyvana xəstəlik keçə bilər. Məsələn, koronavirus dövründə Yaponiyada insandan itə yoluxma olmuşdu. 

Viruslar heyvandan insana müxtəlif yollarla keçə bilir. Quduzluq xəstəliyi heyvan insanı dişlədiyi zaman ortaya çıxır. Digər viruslar hava damcı yolu ilə, yara varsa, qana infeksiya yolu ilə keçir. Mədə-bağırsaq xəstəliklərinə də insan eyni yolla yoluxur. Qurd xəstəliyi də və onu ancaq əməliyyat yolu ilə orqanizmdən xaric etmək olur".

Mütəxəssis bildirib ki, immunitet zəif olduqda heyvan mənşəli virus insanı hətta öldürə bilər:

"Uşaqları xüsusilə qorumaq lazımdır. Məsələn, qız uşaqlarına göbələk xəstəliyi yoluxma təhlükəsi var. Belə hallarda həkimlər ilk olaraq evdə heyvan olub-olmadığını soruşur. Eyni zamanda, allergik xəstəlikləri də bura aid etmək olar. Hamilə qadınlara da heyvanlardan, xüsusilə pişiklərdən bir sıra xəstəliklər keçə bilir. Bəzən bu xəstəlik o dərəcə irəliləyir ki, abort qaçılmaz olur.

Bütün bu halların qarşısını almaq üçün ev heyvanlarına mütləq şəkildə 2 dəfə qurd dərmanı verilməli, 4 dəfə isə peyvənd vurulmalıdır, 10 yaşından sonra isə bu proses dayandırılır. Çünki heyvan qoca hesab edilir. 3 aydan bir isə mütləq ev heyvanları həkim müayinəsinə aparılmalıdır".

Milli.Az


Etiketlər:  Bəzən hamilə qadın üçün abort qaçılmaz olur Ev heyvanlarının törətdiyi fəsadlar


RƏYLƏR