Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2024 09:57
Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Anar Həsənov və İdarə Heyətinin icraçı üzvü Tobias Baumann Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Sonxeber.net president.az-a istinadən bildirir ki, məktubda deyilir:
"Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə alman iqtisadiyyatının Azərbaycandakı rəsmi nümayəndəliyi olan Alman-Azərbaycan Xarici Ticarət Palatası adından təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.
Azərbaycan Cənubi Qafqaz regionunda enerji və ticarət baxımından Almaniyanın ən mühüm tərəfdaşıdır. Alman şirkətləri xarici əlaqələrdə sabitliyi, strateji uzaqgörənliyi və etibarlılığı yüksək qiymətləndirirlər. Alman Ticarət Palatası və onun üzv şirkətləri Azərbaycan hökumətinin apardığı islahatlar siyasətini dəstəkləyir və bununla bağlı öz töhfələrini təklif edirlər.
Biz öz təcrübəmiz və texniki imkanlarımızla Qarabağ bölgəsinin yenidən qurulması ilə bağlı Azərbaycan hökumətinin təşəbbüslərini dəstəkləməyə hazırıq. Biz qəti şəkildə inanırıq ki, ölkələrimiz arasında sıx əməkdaşlıq sayəsində regionun davamlı və uğurlu bərpası istiqamətində mühüm irəliləyiş əldə oluna bilər.
Yeni səlahiyyət müddətinizdə Sizə və Azərbaycan hökumətinə uğurlar arzulayırıq".