Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan - İsveç oyununun hakimindən gözlənilməz qərar

Azərbaycan - İsveç oyununun hakimindən gözlənilməz qərar

Tarix: 27 Fevral 2024 10:10

İsveçrəli qadın hakim Ester Staubli karyerasını bitirib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, ədalət təmsilçisi bu gözlənilməz qərarını 44 yaşında verib.

Referi belə addım atmasının səbəblərini açıqlamayıb. O, özünü yeni sahələrdə sınamaq niyyətindədir.

İki Olimpiada, üç dünya və üç Avropa çempionatının iştirakçısı olan referi son illər kişi komandaların görüşlərinə də təyinat alıb. Staubli AVRO-2024-ün seçmə mərhələsinin Bakıda keçirilən Azərbaycan - İsveç qarşılaşmasında da fit çalıb.

Qeyd edək ki, futbolçularımız Staublinin idarə etdiyi qarşılaşmada 3:0 hesablı qələbə qazanıb.

Milli.Az


Etiketlər:  Azərbaycan İsveç oyununun hakimindən gözlənilməz qərar


RƏYLƏR