Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2024 12:14
Məsələ ondadır ki, Baş nazir (Nikol Paşinyan) bizim iştirak etməməyimizin (KTMT-də) faktiki olaraq dondurulmuş münasibətlərə bərabər olduğunu bildirib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
O, KTMT-yə sual ünvanladıqlarını, lakin bunun cavabsız qaldığını diqqətə çatdırıb:
"Biz soruşduq ki, KTMT-nin məsuliyyət zonası haradadır, siz Ermənistan Respublikasının sərhədlərini tanıyırsınızmı, Ermənistan hansı sərhədlər çərçivəsində KTMT-yə qoşulub? Hələlik bunlara cavab yoxdur. Mənim şəxsi fikrim budur ki, KTMT özü-özünü söndürüb və fəaliyyət göstərmir".