Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Deyirəm keçmişimdən sual vermə, verir, elə etmə ki..." - Aysundan Zaur Kamala SƏRT SÖZLƏR

Tarix: 28 Fevral 2024 11:55

Açıqlamaları ilə hər dəfə gündəm olan müğənni Aysun İsmayılova qatıldığı proqramlardan birində adını çəkmədən bir aparıcıdan gileylənib. Sosial şəbəkələrdə onun Zaur Kamal barədə danışdığı iddia olunub.

Milli.Az lent.az-a istinadən bildirir ki, müğənni atası yaşda aparıcının onunla xoşagəlməz tərzdə danışdığını bildirib.

"Deyirəm şəxsi həyatımdan danışmayaq, mənə keçmişimdən sual vermə, verir. Danışır, gərəksiz suallar verir, qonaqlarını alçaldır, təhqir edir, düşünmədən danışır. Sən cavab verə bilərsən, amma o verilişin o hissəsini kəsib verəcək efirə. Burdan deyirəm, sənin verilişin var, mənim də milyonluq Instagram səhifəm. Hamı hər şeyi bilir, elə etməyin ki, açım sandığı, töküm pambığı. Məni efirə pulla çağırmırlar, mənim qatıldığım hər veriliş reytinq verir, təqvimlə toya gedirəm, sizə ehtiyacım yoxdur"- o qeyd edib.

Milli.Az


Etiketlər:  Deyirəm keçmişimdən sual vermə verir elə etmə ki Aysundan Zaur Kamala SƏRT SÖZLƏR


RƏYLƏR