Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rus sərhədçilər İrəvan aeroportundan çıxarılır

Rus sərhədçilər İrəvan aeroportundan çıxarılır

Tarix: 1 Mart 2024 15:50

"Rusiya sərhədçilərinin İrəvanın "Zvartnots" beynəlxalq hava limanında mövcudluğu hakim Vətəndaş Sazişi Partiyasının gündəmindədir".

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Ermənistan parlamentinin "Vətəndaş Sazişi" fraksiyasının katibi Artur Ovanisyan çıxış edib.

"Cəmiyyətin əksəriyyəti kimi, biz də bu məsələdən narahatıq", - deyə Artur Ovanisyan vurğulayıb.

O əlavə edib ki, hazırda Rusiya sərhədçilərinin hava limanındakı xidməti fəaliyyəti ətrafında müzakirələr aparılır, nəticəsi barədə səlahiyyətlilər vətəndaşları məlumatlandırırlar. 

Məlumat üçün əlavə edək ki, İrəvanın "Zvartnots" beynəlxalq hava limanı Rusiya sərhədçiləri tərəfindən mühafizə edilir.


Etiketlər:  sərhədçilər İrəvan aeroportundan çıxarılır


RƏYLƏR