Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2024 22:26
Rusiyanın ən zəngin qadınlarının sərvəti açıqlanıb.
Sonxeber.net sfera.az-a istinadən xəbər verir ki, "Wildberries" şirkətinin rəhbəri Tatyana Bakalçuk kapitalını təkbaşına qazanan ən varlı rus qadınlarının reytinqinə başçılıq edir. Forbes qeyd edib ki, Bakalçukun sərvəti 2023-cü ildə 7,2 milyard dollara yüksəlib. Bakalçuk 2021 və 2022-ci illərdə də reytinqdə birinci yeri tutub. Tatyana Bakalçuk yeddi uşaq anasıdır.
Reytinqdə ikinci yeri 2023-cü ildə "Proqres" şirkətinin (Frutonyanya ticarət markası) və "Aqronom-Sad" şirkətinin səhmdarı Olqa Belyavtseva (600 milyon dollar) tutub.
Üçüncü yerdə "Nominant" şirkətinin (şəkər istehsalçısı) ortaq sahibi Svetlana Demidova (550 milyon dollar) qərarlaşıb.
Onların ardınca "INK-Capital"ın baş direktoru Marina Sedıx (550 milyon dollar), "Mercury" Retail Holding-in həmsahibi Yelena Soboleva (250 milyon dollar), "Taif" rəhbərinin baş məsləhətçisi Guzelia Safin (475 milyon dollar), "NOVATEK" idarə heyətinin sədr müavini Tatyana Kuznetsova (450 milyon dollar), "Lukoil"in direktorlar şurasının üzvü Lyubov Xoba (375 milyon dollar) və "Pavlovskaya Sloboda" ət emalı zavodunun direktorlar şurasının rəhbəri Raisa Demina (300 milyon dollar) qərarlaşıb.