Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tolikdən evlənmək istəyən Mətanətə: “Xala” yaşlarında…”

Tolikdən evlənmək istəyən Mətanətə: “Xala” yaşlarında…”

Tarix: 5 Mart 2024 12:40

"Efirlərdə hörmətsiz-hörmətsiz söhbətlər görürük - "Mən ərə gedərdim, mən belə edərdim, elə edərdim". Bəsdirin! Camaat sizi tanımaya bilər, amma biz sizi tanıyırıq ki, elə "xala" yaşınızda min hoqqadan çıxmısınız. Heç olmasa ağbirçək yaşınızda özünüzə də hörmət qoymasanız, tamaşaçıya hörmət qoyun".

Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri teleaparıcı Tarix Əliyev (Tolik) deyib.

O, televiziyaları və nisbətən yaşlı nəslin nümayəndələri olan sənətçiləri tənqid edib:

"Mən düşüklük etmirəm. Ayıbdır, vallah, ayıbdır. Özünüzə hörmət qoyun. Qoymasanız, adınızı deyəcəm. Bəsdirin. "Ay cavan olsun, mən ruhən də cavanam". Siz nəyi təbliğ edirsiniz? Sizə görə bəzi xanımların xəyanətləri olur. Onların cavan oğlanlarla yazışmaları çıxır. Onlar şantaj olunurlar. Cinayətlər olur. Sizin kimi başı boşlar danışır, cavan oğlanlar da düşünürlər ki, görüm kimə yazıram.

Tolik Audovizual Şura rəhbərliyinə səslənib:

"Çox xahiş edirəm, belə şeylərə də əl gəzdirin. Bu tam biabırçılıqdır. Hər şeyi danışaq, daha nə oldu? Biz Türkiyə deyilik ki, müğənnilərimiz 8 dəfə ərə getsin. Biz yaxşı şeylərdən danışaq. Hadisənin konserti oldu, ondan niyə danışmırıq?"

İzləyicilərsə Tolikin bu sözlərinin birbaşa olaraq Əməkdar artist Mətanət İsgəndərliyə ünvanlandığını iddia ediblər.

Qeyd edək ki, Mətanət İsgəndərli dünən "Rəngarəng səhər" verilişində ona evlilik təklifi gəldiyi təqdirdə düçünəcəyini deyib.

Milli.Az


Etiketlər:  Tolikdən evlənmək istəyən Mətanətə Xala yaşlarında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ