Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda III Beynəlxalq Uroonkologiya simpoziumu keçirilib

Bakıda III Beynəlxalq Uroonkologiya simpoziumu keçirilib

Tarix: 16 Noyabr 2019 14:00

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Bakıda Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə III Beynəlxalq Uroonkologiya simpoziumu keçirilib.

Trend-in məlumatına görə, simpoziumun açılış mərasimində çıxış edən Milli Onkologiya Mərkəzinin direktorunun birinci müavini Fuad Quliyev bildirib ki, tədbirdə azərbaycanlı mütəxəssislərlə yanaşı, Türkiyə, Almaniya, Hollandiya, Rusiya, Ukrayna, Belarus və Gürcüstandan gəlmiş onkoloq-həkim və tədqiqatçılar iştirak ediblər.

F.Quliyev qeyd edib ki, onkoloji xəstəliklər bugünkü səhiyyənin ən aktual məsələlərindən biridir: "Dünyada onkoloji xəstələrin sayı getdikcə artmaqdadır. Lakin ən önəmli məsələ onkoloji xəstəliklərlə uğurlu mübarizə aparmaq üçün insanların maarifləndirilməsidir. Eyni zamanda peşəkar kadrların hazırlanmasına da ehtiyac var. Bu kimi tədbirlərin əsas mahiyyəti həm də qarşılıqlı fikir mübadiləsi aparmaq və bu sahəni bir az da inkişaf etdirməkdir. Bakıda onkoloji xəstəliklərlə bağlı simpoziumun keçirilməsinin məqsədi budur".

Direktor müavini qeyd edib ki, bu gün səhiyyənin inkişafı üçün qarşılıqlı fikir mübadiləsinin aparılmasına ehtiyac var. Bu sahənin mütəxəssisləri öz təcrübələrini bir-biri ilə paylaşmalıdırlar.

Qeyd edək ki, simpoziumda uroonkoloji xəstəliklərə müasir yanaşmanın rolu, ona müxtəlif yanaşma aspektləri müzakirə edilib.

Tədbirdə "Azərbaycanda uroonkoloji xidmətin təşkili", "Urologiya təlimində standartlar", "Prostat xərçəngində aktiv müşahidə" və s. mövzularda çıxışlar dinlənilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda Beynəlxalq Uroonkologiya simpoziumu keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ