Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fuat Oktay İlham Əliyevi təbrik edib

Fuat Oktay İlham Əliyevi təbrik edib

Tarix: 6 Mart 2024 15:27

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Prezident İlham Əliyevi təbrik edib.

Sonxeber.net president.az-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Cənab Prezident.

Rəhbərliyinizlə işğaldan azad edilmiş torpaqlar da daxil olmaqla Azərbaycanın bütün ərazisində fevralın 7-də əmin-amanlıq şəraitində keçirilmiş prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi təbrik edirəm.

Zati-alinizin və cənab Prezidentimizin rəhbərliyi ilə ölkələrimiz arasında "Bir millət, iki dövlət" prinsipi əsasında inkişaf edən bənzərsiz dostluq və qardaşlıq münasibətləri regionumuzda sülhün və sabitliyin ən böyük təminatıdır.

Fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və xoşbəxtlik arzularımı çatdırır, dərin ehtiramımı bildirirəm".


Etiketlər:  Fuat Oktay İlham Əliyevi təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ