Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

HƏMAS-ı məhv edəcəyinə söz verdi

HƏMAS-ı məhv edəcəyinə söz verdi

Tarix: 8 Mart 2024 10:58

İsrail beynəlxalq ictimaiyyətin artan təzyiqlərinə baxmayaraq, Qəzza zolağının cənubu da daxil olmaqla, HƏMAS-a qarşı hərbi əməliyyatını davam etdirəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu deyib.

"Beynəlxalq təzyiq var və artır, lakin beynəlxalq təzyiq artdıqda biz birləşməli, müharibəni dayandırmaq cəhdlərinə qarşı durmalıyıq", - Netanyahu bildirib.

O, HƏMAS qruplaşmasının tam məhvinə nail olacağına söz verib.

"İsrail Qəzza zolağında, o cümlədən HƏMAS-ın son qalası olan Rəfahda əməliyyatlarını davam etdirəcək", - baş nazir əlavə edib.

Qəzza zolağında son 24 saat ərzində İsrail Müdafiə Qüvvələri külli miqdarda silah və sursat aşkar edib, həmçinin anklavın cənubundakı Xan Yunis şəhərinin bir neçə bölgəsində HƏMAS-ın bir neçə komanda məntəqəsini məhv edib. Qəzza zolağının mərkəzi hissəsində İsrail hərbçiləri HƏMAS-ın bir qrup silahlısını məhv edib.

Artilleriya Qəzza və anklavın digər şəhərlərindəki hədəfləri də atəşə tutub.

Milli.Az


Etiketlər:  HƏMAS ı məhv edəcəyinə söz verdi


RƏYLƏR