Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2024 23:28
Ukrayna münaqişəsində uduzan tərəf bunu etiraf etmək üçün özündə cəsarət tapmalı və danışıqlara razı olmalıdır.
Sonxeber.net axar.az-a istinadla xəbər verir ki, bunu Roma Papası Fransisk bildirib.
"Bu bir şərhdir. Ancaq mən inanıram ki, vəziyyəti görən, insanları düşünən, ağ bayraq qaldırıb danışıqlar aparmağa cəsarəti olan daha güclüdür", - Papa deyib.
O qeyd edib ki, bu gün beynəlxalq güclərin köməyi ilə danışıqlar aparmaq olar:
"Danışıqlar" sözü cəsarətdir. İşlərin yolunda getmədiyini görəndə cəsarətlə danışıqlar aparmaq lazımdır. Vaxtında danışıqlar aparın, vasitəçi kimi çıxış edəcək hansısa ölkəni axtarın".