Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kişilərdə qanazlığı onkoloji prosesdən - xəbər verə bilər

Kişilərdə qanazlığı onkoloji prosesdən - xəbər verə bilər

Tarix: 10 Mart 2024 23:21

Dəmir defisitli anemiya bəzən onkoloji proseslərdən xəbər verə bilər.

Xüsusən kişilərdə ciddi anemiya aşkarlanarsa, təcili yoxlanmaq lazımdır.

Sonxeber.net medicina.az-a istinadla xəbər verir ki, məşhur həkim Aleksandr Myasnikovun sözlərinə görə, kişilərdə ət yeməklə bağlı defisit olmadığı üçün nadir halda ciddi anemiya olur.

"Əgər kişinin analizlərində qanazlığı görünərsə, bu o deməkdir ki, o qan itirir.

Bu mədə xorası, polip, bağırsaq xərçəngində ola bilər.

Qadınlarda da anemiya xroniki yorğunluq, doğuş və s.-dən ola bilər. Əgər onlarda çox ciddi yorğunluq varsa, mütləq törəmələrə görə yoxlanmalıdırlar.
Əgər qadın qan itirirsə, amma mioması yoxdursa, o zaman bağırsaq kolonoskopiya olunmalıdır.

Anemiyanın zahiri əlamətləri:

- Ağarmış dəri
- Təngnəfəslik
- Ürəkdöyünmə

- Qulaqda küy
- Saç tökülməsi

- Halsızlıq
- Narahat ayaqlar sindromu
- Udmada çətinlik


Etiketlər:  Kişilərdə qanazlığı onkoloji prosesdən xəbər verə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ