Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çexiyada idman təyyarəsi qəzaya uğrayıb

Çexiyada idman təyyarəsi qəzaya uğrayıb

Tarix: 17 Noyabr 2019 04:56

Bakı. Trend:

Tək mühərrikli idman təyyarəsi Çexiyanın Litomerjitse şəhəri yaxınlığında qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə ölkə polisin nümayəndəsi Alyona Bartoşova deyib.

Bildirilir ki, hadisə nəticəsində pilot həlak olub:

"Tək mühərrikli təyyarə Elba çayına çırpılaraq düşüb. Pilot həlak olub. Faciə Litomerjitse şəhəri yaxınlığındakı Kreşitse yaşayış məntəqəsi yaxınlığında baş verib".

İdman təyyarəsinin qəzaya uğramasının səbəbləri hələ müəyyənləşdirilməyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Çexiyada idman təyyarəsi qəzaya uğrayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ