Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hər kəs bu fotodan danışır: Dünyanın dilinə düşən səhv

Hər kəs bu fotodan danışır: Dünyanın dilinə düşən  səhv

Tarix: 11 Mart 2024 20:32

Uels şahzadəsi Keyt Middltonun fotosu agentliklər tərəfindən "manipulyasiya" səbəbilə geri götürülüb.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Britaniya kralı III Çarlzın oğlu Uels şahzadəsi Uilyamın həyat yoldaşı şahzadə Keyt Middlton yanvar ayında qarın nahiyəsindən əməliyyat olunub. Onun iki aydan sonra ilk dəfə fotosu mətbuatda yayılıb.

Lakin foto yayılanda böyük qalmaqal yaranıb. İngiltərədə Analar Günü üçün Kensinqton Sarayından təqdim edilən Keyt Middlton və uşaqlarının yer aldığı şəkil, "redaktə edilməsi" səbəbi ilə beynəlxalq xəbər agentlikləri tərəfindən yayımdan çıxarılıb.

AFP fotosu abunəçilərinə xidmət etdiyi sistemdən silinsə də, onun surəti internetdə yayılmağa başlayıb. Şəkili araşdıran mütəxəssislər bir çox nöqtədə redaktə izlərini aşkar ediblər.

Fotonun taxtın varisi və Keytin əri şahzadə Uilyam tərəfindən çəkilməsi ilə bağlı məlumatlar da var.


Etiketlər:  Hər kəs fotodan danışır Dünyanın dilinə düşən səhv


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ