Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa çempionatı yenidən Azərbaycanda!

Avropa çempionatı yenidən Azərbaycanda!

Tarix: 12 Mart 2024 17:12

Azərbaycan qadın voleybolçular arasında Avropa çempionatına ev sahibliyi edəcək.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, ölkəmiz Gürcüstanla birgə keçirdiyi AVRO-2017-dən doqquz il sonra yenidən bu hüquqa yiyələnib.

Azərbaycan dörd qrupdan birinə ev sahibliyi edəcək. Qarşılaşmalar 2017-ci ildə olduğu kimi yenə Milli Gimnastika Arenasında təşkil olunacaq. Serbiyanın çempionluğu ilə yekunlaşan həmin yarışda Azərbaycan Avropanın ən güclü dörd komandasından biri adına yiyələnib.

2026-cı ildə yayın sonuna planlaşdırılan turnirdə ümumilikdə Avropanın 24 ən yaxşı komandası iştirak edəcək. Bu komandalardan altısı Bakıda mübarizə aparacaq. Azərbaycanla yanaşı, Çexiya və İsveçin AVRO-2026-ya birgə ev sahibliyi edəcəyi artıq təsdiqlənib.

CEV prezidenti Aleksandar Boriçiç qitə birinciliyinin yenidən ölkəmizdə keçirilməsi ilə bağlı bildirib ki, Avropa çempionatı Azərbaycan yığmasının hazırkı üzvləri, eləcə də gənclər üçün böyük stimul olacaq: "Gələcək nəsil azərbaycanlı oyunçuları da ruhlandıracaq. Biz onlarla işləməyi səbirsizliklə gözləyirik. Əminik ki, Azərbaycan Voleybol Federasiyası yarışın yenə yüksək səviyyədə təşkili üçün əlindən gələni edəcək".

Milli.Az


Etiketlər:  Avropa çempionatı yenidən Azərbaycanda


RƏYLƏR