Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2024 11:58
"Mənim Məmməd İsmayılla (şair-red.) həmişə münasibətim yaxşı olub. Kömək də eləmişəm, deməyim yaxşı deyil. Qurultayda Türkiyədən xüsusi çağırdıq, gəldi, durdu, başladı mənim, Yazıçılar Birliyinin əleyhinə danışmağa. Dedi sənin əleyhinə danışmıram ki, Yazıçılar Birliyi əleyhinə danışıram da. Yazıçılar Birliyinin sədri mənəm də. İndi bu yaşında Sabirlə (Rüstəmxanlı-red.) söhbətdə deyib ki, mən niyə elə eləmişəm, gərək eləməyəydim. Mən də götürüb yazdım ki, etiraf böyüklükdür, cəsarətdir. Sonra da özünə zəng elədim".
Sonxeber.net xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar "Yeni Müsavat"a müsahibəsində deyib:
- Hazırda səhhətində bəzi problemlər var...
- Hə, xəstədir, Sabirdən soruşdum, deyir get-gedə düzəlir. Başa düşüb ki, bu iqtidarın, hökumətin əleyhinə nahaq çıxıb. Bu iqtidarın əsasını Heydər Əliyev qoydu, İlham Əliyev də davam elədi. Torpaqlarımızı onlar azad elədilər də, elə deyil? Erməni separatçılarından təmizlədilər. Biz o vaxtdan bu hakimiyyəti müdafiə edirik, bəziləri bunu hələ indi başa düşüb.
- Görürəm ki, əvvəldən bu mövqedə olmağınız sizdə xeyli məmnunluq hissi yaradır...
- Əlbəttə. Məmnunluq hissi yaranır. Çünki mən xüsusilə Heydər Əliyevə əvvəldən inanmışam. İlham Əliyev cavan idi, deyə bilmərəm ki, əvvəldən ona inanmışam. Amma fikirləşmişəm ki, əgər Heydər Əliyev "mən ona özüm kimi inanıram" deyirsə, doğrudan da bu, inanmalı adamdır. Təkcə oğlu olduğu üçün belə demirdi ki... Hətta ömrü çatmadığı üçün Heydər Əliyevin eləyə bilmədiyini oğlu elədi. Möcüzə baş verdi ki, 44 günün içində Şuşa da alındı, bütün Qarabağ da azad edildi. Mən həmişə deyirəm, 23 saatlıq antiterror əməliyyatı ilə 200 illik problem həll olundu. Prezident 44 günlük müharibədə 30 illik problemi həll etdisə, bir sutkalıq əməliyyatla 200 il əvvəl ermənilərin Gülüstan və Türkmənçay müqavilələri ilə Qarabağa yerləşdirilməsindən sonra yaranmış problemi həll etdi. Ermənilər orda dinc oturmurdular axı. Bu məsələnin həlli Azərbaycan tarixinin ən böyük hadisəsi idi.