Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2019 19:28
Bakı. Trend:
Sakit okeanda, Fici sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Lau adalar qrupundan 93 kilometr şərqdə, ocağı isə 493 metr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin