Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev Yens Stoltenberqi noyabrda COP29-da iştirak üçün Azərbaycana səfərə dəvət edib

İlham Əliyev Yens Stoltenberqi noyabrda COP29-da iştirak üçün Azərbaycana səfərə dəvət edib

Tarix: 17 Mart 2024 23:15

Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə seçilmişdir. Bu, bizim yaşıl keçidlə bağlı səylərimizin tanınmasının göstəricisidir.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə mətbuata bəyanatında deyib.

"Zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik ölkə olaraq biz tərəfdaşlarımızla birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırırıq. Mən cənab Baş katibi bu ilin noyabrında vəzifəsindən asılı olmayaraq, ölkəmizə səfərə gəlməyə dəvət etdim ki, o, bu mühüm tədbirdə bizimlə birlikdə olsun", - deyə dövlətimizin başçısı bildirib.

Milli.Az


Etiketlər:  İlham Əliyev Yens Stoltenberqi noyabrda COP29 da iştirak üçün Azərbaycana səfərə dəvət edib


RƏYLƏR