Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2024 08:30
Avstriya bitərəf qalır və Ukraynaya qoşun göndərməyəcək.
Sonxeber.net report.az-a istinadən bildirir ki, bunu Avstriyanın Xarici İşlər Nazirliyinin rəhbəri Aleksander Şallenberq deyib.
"Belə müzakirələri lazımsız hesab edirəm. Avstriya açıq şəkildə yox deyir. Biz neytrallığa riayət edəcəyik. Ukrayna üçün hərbçilərin göndərilməsi, hərbi material, silah və sursat təchizatı yoxdur", - o, ORF telekanalına bildirib.
Şallenberq qeyd edib ki, NATO-da bu məsələdə konsensus yoxdur.