Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2024 12:24
"Qarabağ" Azərbaycan Premyer Liqasının 27 turunda 71 qol vurub.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bu, ölkə çempionatları tarixində son 25 ilin rekordudur.
Daha yüksək məhsuldarlığa sonuncu dəfə 1998/99 mövsümündə təsadüf olunub. Həmin vaxt "Kəpəz" 27 turda 75 qol vurub. Gəncə təmsilçisinin bir matçdakı texniki qələbəsi də nəzərə alınmadan belə göstərici reallaşıb.
Ölkə çempionatlarının 27 tur üçün mütləq rekordu isə 1996/97 mövsümündə rəsmiləşib. "Neftçi" bu qədər oyunda 91 dəfə rəqib qapısına yol tapıb.