Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda “BMW” yolu keçən piyadanı vurub öldürdü

Bakıda “BMW” yolu keçən piyadanı vurub öldürdü

Tarix: 18 Noyabr 2019 14:36

Bakı. Trend:

Səbail rayonunun Yeni Salyan yolu küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 16-da saat 19 radələrində Səbail rayonunun Yeni Salyan yolu küçəsində Bakı şəhər sakini K.Bayramov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən paytaxt sakini Qorxmaz Ələsgərovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda yolu keçən piyadanı vurub öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ