Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Stoltenberqin Ermənistanla bağlı bəyanatı Paşinyanı narazı salıb

Stoltenberqin Ermənistanla bağlı bəyanatı Paşinyanı narazı salıb

Tarix: 22 Mart 2024 12:52

"NATO-nun baş katibi Yens Stoltenberq Ermənistanla, o cümlədən Ukrayna məsələsində həmrəyliklə bağlı bəyanatları əlaqələndirməyə borclu deyil".

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə müxalifətçi deputat Aqnessa Hamoyanın sualını cavablandırarkən deyib.

"Heç bir təcrübə yoxdur ki, səfərlər zamanı bəyanatlar razılaşdırılsın. Cənab Stoltenberqin Ukrayna ilə həmrəyliyimiz barədə açıq şəkildə söylədiklərini insanlar müxtəlif qiymətləndirə bilərlər. Bu gərgin vəziyyətdə müxtəlif tərəflərdən məmurlar peyda olub, onların adından qarşı tərəf üçün xoşagəlməz bəyanatlar verə bilərlər", - Paşinyan cavab verib.

Ermənistanın baş naziri əlavə edib ki, ölkə Ukraynaya silah satmayıb və üstəlik, Paşinyan həm NATO-nun, həm də Rusiyanın Ermənistan əleyhinə bəyanatlar verdiyini iddia edib.


Etiketlər:  Stoltenberqin Ermənistanla bağlı bəyanatı Paşinyanı narazı salıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ